Mart ayında Azərbaycanda kartla nağdsız ödənişlər 9,56 milyard manata yüksəlib

Mart ayında Azərbaycanda kartla nağdsız ödənişlər 9,56 milyard manata yüksəlib

BANK
326

Mart ayı ərzində Azərbaycanda kart ödənişləri üzrə daxili nağdsız əməliyyatların həcmi 9,56 milyard manat olub.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 2,998 milyard manat və ya 47% artıb.

Hesabat dövründə nağdsız əməliyyatların 8,291 milyard manatı elektron ticarətin payına düşüb. Qalan hissədən 1,267 milyard manat POS-terminallar vasitəsilə, 2 milyon manat isə bankomat və özünəxidmət terminalları üzərindən həyata keçirilib.

Eyni zamanda, ilin əvvəlindən etibarən ödəniş kartları ilə aparılan daxili nağdsız əməliyyatlar ümumi daxili kart əməliyyatlarının 69,7%-ni təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mart ayında Azərbaycanda kartla nağdsız ödənişlər 9,56 milyard manata yüksəlib — Fins.az — Fins.az