Manatın nominal effektiv məzənnəsi 4.8% möhkəmlənib - Taleh Kazımov

Manatın nominal effektiv məzənnəsi 4.8% möhkəmlənib - Taleh Kazımov

BANK
1,096

2023-cü ilin 4 ayında valyuta hərraclarının 97%-də təklif tələbi üstələyib.

Fins.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.

O bildirib ki, cari əməliyyatlar hesabı bu il profisitli olacaq:

"Əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin əlverişli qalması və qeyri neft-qaz ixracının artımı cari əməliyyatlar hesabının ilin sonuna da profisitli olacağını gözləməyə əsas verir. Bu özünü valyuta bazarında da göstərir. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici amillərinə azaldıcı təsir edir. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8.4%, 2023-cü ilin 4 ayında 4.8% möhkəmlənib. Bununla bərabər, monetar şəraitə dair qəbul edilmiş qərarlar da inflyasiyanın tələb amillərini məhdudlaşdırıb”

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Manatın nominal effektiv məzənnəsi 4.8% möhkəmlənib - Taleh Kazımov — Fins.az — Fins.az