Manatın dövretmə sürəti 2,97 bəndə yüksəlib – AMB

Manatın dövretmə sürəti 2,97 bəndə yüksəlib – AMB

BANK
353

2026-cı ilin 1 aprel tarixinə Azərbaycan milli valyutası manatın dövretmə sürəti 2,97 bənd təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, göstərici cari ilin 1 mart tarixi ilə müqayisədə 0,14 bənd və ya 4,9% artıb. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə 0,39 bənd və ya 11,6% azalma qeydə alınıb.

Belə ki, 2026-cı ilin 1 mart tarixinə manatın dövretmə sürəti 2,83 bənd, 2025-ci ilin 1 aprel tarixinə isə 3,36 bənd olub.

AMB-nin statistikasına əsasən, son 17 il ərzində manatın dövretmə sürətinin ən aşağı göstəricisi 2015-ci ilin yanvarında 2,68 bənd olub. Ən yüksək göstərici isə 2005-ci ildə 15,72 bənd təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Manatın dövretmə sürəti 2,97 bəndə yüksəlib – AMB — Fins.az — Fins.az