Manatın dollara qarşı dəyərdən düşmə ehtimalı əsas riskdir

Manatın dollara qarşı dəyərdən düşmə ehtimalı əsas riskdir

BANK
1,268

2021- ci ilin dövlət büdcəsində məzənnə riski müəyyənləşib. 

Fins.az xəbər verir ki  xəbər verir ki, 2020-ci ildə əsas ticarət tərəfdaşlarının valyuta məzənnələrindəki dalğalanmalara, həmçinin daxili valyuta bazarında xüsusilə mart ayından başlayaraq ayrı-ayrı dövrlərdə manatın məzənnəsinə qarşı təzyiqin artmasına baxmayaraq, cari ildə bazarın yüksək likvidliyi və manatın məzənnəsinin sabitliyi qorunub. Bu baxımdan qlobal iqtisadi çağırışlar və mürəkkəb xarici mühit şəraitində ölkədə makroiqtisadi sabitliyin təmin olunması məqsədilə monetar və fiskal siyasətin qarşılıqlı əlaqədə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. 

 

Bununla yanaşı, Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən düşməsi ehtimalı ölkənin fiskal mövqeyi üçün əsas risk amillərindən biri olaraq qalmaqdadır. Belə ki, məzənnə riskinin dövlət büdcəsinə əsas transmissiya kanallarından biri neft qiymətlərinin pisləşməsi fonunda yuxarıda qeyd edilən risklərin daha da kəskin xarakter almasıdır. Digər tərəfdən dövlət büdcəsinin tərtibi zamanı 2021-ci il üzrə 1 ABŞ dollarının 1,7 manata bərabər tutulduğunu nəzərə alaraq, manatın məzənnəsinin xarici valyutalara qarşı zəifləmə ehtimalı dövlət büdcəsində xarici dövlət borcuna xidmət xərclərinin də proporsional olaraq artması riskini özündə ehtiva edir.

Pandemiyanın hələ də davam etməsi və karantin qaydalarının sərtləşməsi şəraitində antiböhran tədbiri kimi yumşaq pul siyasətinin tətbiqi kredit şərtlərini asanlaşdırmaqla iqtisadi fəallığa stimul verir və valyuta bazarında likvidliyə olan tələbatı təmin etmiş olur. Lakin hal-hazırda yaşadığımız müstəsna zaman kəsiyində əhalinin məcmu tələbinin əhəmiyyətli dərəcədə aşağı düşməsi valyuta bazarında izafi likvidliyə gətirib çıxarır. Belə olan halda isə Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən qiymətli kağızlar bazarında aparılan əməliyyatlar valyuta bazarında yarana biləcək təzyiqlərin də qarşısını almış olur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Manatın dollara qarşı dəyərdən düşmə ehtimalı əsas riskdir — Fins.az — Fins.az