
Manatda yerləşdirilən depozit və əmanətlərin orta faiz dəcəsi nə qədərdir?- RƏSMİ
Banklarda Azərbaycan manatında yerləşdirilən depozit və əmanətlərin orta faiz dəcəsi 6.74 təşkil edib
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı 2020-ci ilin birinci rübünə dair statistik bülletendə məlumat verilir
Məlumatda banklara yeni cəlb olunmuş depozit və yeni verilmiş kreditlər üzrə orta faiz dərəcələri açıqlanıb. Belə ki, 2020-ci ilin aprelin 1-nə olan göstəricilərə görə, xarici valyutada yerləşdirilən depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 1.32, Azərbaycan manatında banklara yerləşdirilən depozit və əmanətlər üzrə isə orta faiz dəcəsi 6.74 təşkil edib
Bu ötən aya nisbətən xarici valyutada olan depozit və əmanətlər üzrə 0,15 artım , milli valyutada olan depozit və əmanətlər üzrə isə 1,77 azalmanın göstəricisidir.
Müəllif:Aynur Qəniyeva