Maliyyə və bankçılıq sammitində yeni əməkdaşlıq memorandumu imzalanıb

Maliyyə və bankçılıq sammitində yeni əməkdaşlıq memorandumu imzalanıb

BANK
196

Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” çərçivəsində Azərbaycan Banklar Assosiasiyası ilə Ticarət Şəbəkələrin İnkişafı İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb.

Fins.az-ın məlumatına görə, sammit 9–10 iyun tarixlərində keçirilir və məqsədi regional və türkdilli ölkələrin maliyyə sistemlərinin qlobal maliyyə məkanına inteqrasiyasını sürətləndirməkdir.

Tədbir Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası, Azərbaycan Mərkəzi Bankı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyaları, eləcə də Qazaxıstan Maliyyəçilər Assosiasiyası və digər tərəfdaş qurumların dəstəyi ilə təşkil olunub.

Sammitin qlobal tərəfdaşı qismində Visa Inc. çıxış edir.

Tədbir çərçivəsində bankçılıqda rəqəmsal transformasiya, ödəniş sistemlərinin inteqrasiyası, süni intellekt, kibertəhlükəsizlik və maliyyə texnologiyalarının inkişafı kimi mövzular müzakirə olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə və bankçılıq sammitində yeni əməkdaşlıq memorandumu imzalanıb — Fins.az — Fins.az