Macarıstan Mərkəzi Bankından gözləniləndən yüksək faiz artımı

Macarıstan Mərkəzi Bankından gözləniləndən yüksək faiz artımı

BANK
230

Macarıstan Mərkəzi Bankı valyutanın ucuzlaşmasını dayandırmaq üçün şifahi müdaxiləsindən sonra faiz dərəcələrini gözlənildiyindən daha çox artırıb.
"Fins.az" xəbər verir ki, Macarıstan Mərkəzi Bankı forintin ucuzlaşmasının qarşısını almaq üçün həftəlik depozit faizini 200 baza bəndi artıraraq 9,75%-ə çatdırıb. Bu dərəcə Avropa İttifaqında ən yüksək faiz dərəcəsidir.

Bloomberg tərəfindən sorğuya qatılan iqtisadçıların median gözləntiləri 50 baza bəndi artım olub.

Sərt pul siyasətinin qlobal iqtisadiyyatı tənəzzülə sürükləyəcəyi ilə bağlı narahatlıqlar fonunda investorların riskli aktivlərdən qaçması nəticəsində forint dünən avro qarşısında 2 %-dən çox dəyər itirib. MB sədrinin müavini Barnabas Virag, inkişafdan sonra faiz artımlarının qətiyyətlə davam edəcəyini açıqlayıb.Qərardan sonra forint dəyər qazanıb.

Fevralda Rusiyanın Ukraynaya təcavüzündən sonra forint təxminən 12 faiz ucuzlaşaraq Bloomberg-in izlədiyi 23 inkişaf etməkdə olan bazar valyutası arasında ən ucuzlaşan valyuta olub.

5 illik istiqrazların gəlirliliyi bu həftə təxminən 100 baz bəndi artaraq 9,3%-ə çatıb və son 10 ilin ən yüksək səviyyəsinə çatıb.

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Macarıstan Mərkəzi Bankından gözləniləndən yüksək faiz artımı — Fins.az — Fins.az