Lalə Verdiyeva “Caspian Invest”in idarə heyətinə seçildi

Lalə Verdiyeva “Caspian Invest”in idarə heyətinə seçildi

BANK
859

Finss.az - BOKT “Caspian Invest” MMC-nin İdarə Heyətinə yeni üzv təyin edilib.

Ümumi Yığıncağın qərarına əsasən, Lalə Verdiyeva Əsəd qızı İdarə Heyətinin üzvü seçilib. Hazırda “Caspian Invest” MMC-nin İdarə Heyətinə İbrahim Salmanov Elşən oğlu (sədar və səhmdar), Əziz Əzizzadə Emil oğlu və yeni təyin olunan Lalə Verdiyeva daxildir.

Xatırladaq ki, 2004-cü ildə təsis edilmiş BOKT “Caspian Invest” MMC (əvvəlki adı BOKT “Dayaq-Kredit”) 4,325 milyon manat nizamnamə kapitalına malikdir. Kapitalın 50%-i Nurlan Şərifov Hikmət oğluna, digər 50%-i isə İbrahim Salmanov Elşən oğluna məxsusdur.

Şirkət son illərdə maliyyə çətinlikləri ilə üzləşib. 2023-cü ildə BOKT-nin gəlirləri xərclərini qarşılaya bilmədiyindən 358 min manat zərər etmişdi.

Bu təyinatın şirkətin maliyyə vəziyyətinə və idarəetməsinə necə təsir edəcəyi isə zamanla məlum olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Lalə Verdiyeva “Caspian Invest”in idarə heyətinə seçildi — Fins.az — Fins.az