
Kobrend bank kartları bazarında yeni mərhələ başlayır
Fins.az – Bank Respublika və Wolt şirkəti VISA ödəniş sistemi əsasında hazırlanan yeni kobrend kartını təqdim edib. Bankın məlumatına görə, bu məhsul dünyada ilk dəfə məhz Azərbaycanda istifadəyə verilib.
Bildirilir ki, Wolt Kart tamamilə pulsuz təqdim olunur, onun buraxılış haqqı tutulmur və ilkin mədaxil tələb edilmir. Kartın istifadə müddəti 3 il, valyutası isə AZN-dir.
Şirkətin məlumatına əsasən, Wolt Kart vasitəsilə məşhur çatdırılma xidmətinin müştəriləri həm onlayn sifarişlər zamanı, həm də bank kartından gündəlik istifadə zamanı müxtəlif üstünlüklərdən yararlana bilərlər.
Qeyd olunur ki, yeni kart VISA ödəniş sisteminin bütün üstünlüklərini, eyni zamanda Bank Respublika tərəfindən təqdim olunan rahat bank xidmətlərini özündə birləşdirir.
Bank bildirir ki, Wolt Kart hazırda Bakı, Sumqayıt və Gəncə şəhərlərində sifariş üçün əlçatandır.