Kiçik sahibkarlıq “JP Morgan” nın işini bloklayıb

Kiçik sahibkarlıq “JP Morgan” nın işini bloklayıb

BANK
467

Amerikanın “JP Morgan Chase” bankının fəaliyyəti “iflic” olub. Belə ki, kiçik və orta sahibkarlar dövlət yardımı proqramı çərçivəsində banka 375 min müraciət göndərib. Söhbət əmək haqqının ödənilməsi üçün verilən kreditlərdən gedir. İşçilərin bu həcmdə müraciətləri araşdırmağa vaxtları yoxdur.
Bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Bununla əlaqədar olaraq, bank kiçik biznes üçün nəzərdə tutulan xidmətlərə müraciətlərin qəbulunu dayandırmaq qərarına gəlib.
Əmək haqqı ilə əlaqəli olmayan başqa bir məqsədlə maliyyələşdirməyə ehtiyacı olanlar, digər kreditorlara müraciət etməli olacaqlar.
Qeyd edək ki, ötən ayda kreditlərin həcmi 400 milyard dollar artıb.
(c)Banker

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kiçik sahibkarlıq “JP Morgan” nın işini bloklayıb — Fins.az — Fins.az