Kapital Bankın aktivləri 11,57 milyard manatı ötüb - Cavid Mirzəyev

Kapital Bankın aktivləri 11,57 milyard manatı ötüb - Cavid Mirzəyev

BANK
340

“Kapital Bank” 2025-ci ilin sonuna 11 milyard 573 milyon 501 min manat dəyərində cəmi aktivlərlə ölkənin ən böyük banklarından biri olaraq qalır.

Fins.az xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyəti Sədrinin 1-ci müavini Cavid Mirzəyev bu gün rəhbərlik etdiyi bankın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, aktivlərin müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi məqsədilə qəbul edilən strateji qərarlar nəticəsində müştərilərə təqdim olunan xidmətlərin balansını optimal səviyyədə saxlamaq mümkün olub:

"Bankın kapitalında da artım müşahidə edilib. Belə ki, 2025-ci ilin sonuna cəmi kapitalın həcmi ötən illə müqayisədə artaraq 1 milyard 332 milyon 504 min manata çatıb.

Aktivlərin strukturuna nəzər saldıqda isə ən böyük payın ənənəvi olaraq kredit portfelinə məxsus olduğu vurğulanıb. Bildirilib ki, ötən illə müqayisədə kredit portfeli 2.08% artaraq 5 milyard 96 milyon 511 min manat təşkil edib və bu da bank aktivlərinin 44%-ni formalaşdırır."

C.Mirzəyev bildirib ki, bu artımın əsas səbəbləri sırasında müştəri bazasının, xüsusilə pərakəndə və mikro seqmentdə davamlı genişlənməsi, eləcə də ölkə iqtisadiyyatında müşahidə olunan ümumi inkişaf meylləri yer alır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...