Kapital Bank müştəri məmnuniyyətində 86% nəticə əldə edib

Kapital Bank müştəri məmnuniyyətində 86% nəticə əldə edib

BANK
228

2025-ci ildə “Kapital Bank”ın 196 Əlaqə Mərkəzinə daxil olan zənglərin 80%-i 30 saniyə ərzində cavablandırılıb.

Fins.az xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyətinin Sədrinin 1-ci müavini Cavid Mirzəyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, rəqəmsal xidmətlərin tətbiqi və inkişafı nəticəsində bankın Əlaqə Mərkəzinə müraciətlərin payı 28.2%-dən 18.8%-dək azalıb.

C.Mirzəyev bildirib ki, ümumilikdə Əlaqə Mərkəzinə daxil olan zənglərin 95%-i cavablandırılıb və bu zənglərin 80%-i 30 saniyə ərzində cavablandırılıb.

O qeyd edib ki, bütün kanallar üzrə xidmətləri qiymətləndirən müştərilərin məmnuniyyət göstəricisi 86% təşkil edib. Eyni zamanda, Əlaqə Mərkəzinə müraciət edən müştərilərin 87%-nin problemi ilk müraciət zamanı həll olunub.

Bank rəsmisi əlavə edib ki, beynəlxalq ödəniş sistemləri və bəzi requlyativ qaydalarla bağlı müraciətlərin araşdırılması prosedura uyğun olaraq 40 günə qədər davam edə bilər. Bununla yanaşı, əksər hallarda müştəri sorğuları və şikayətləri orta hesabla 1.6 iş günü ərzində həll olunur, ümumi müraciətlərin isə 95%-i 5 iş günü ərzində cavablandırılır.

Cavid Mirzəyev vurğulayıb ki, bank ISO 10002 üzrə müştəri məmnuniyyəti idarəetmə sisteminin illik yenilənməsini uğurla tamamlayıb.

C.Mirzəyev qeyd edib ki, hazırda bankın 4 milyondan çox fiziki aktiv müştərisi var. “Kapital Bank” 1258 bankomat, 11 nöqtədə Rəqəmsal Mərkəz, 24/7 xidmət göstərən Birbank tətbiqi, 114 filial və 53 şöbə ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik banklardan biridir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kapital Bank müştəri məmnuniyyətində 86% nəticə əldə edib — Fins.az — Fins.az