Kapital Bank maliyyə hesabatını açıqlayıb

Kapital Bank maliyyə hesabatını açıqlayıb

BANK
344

1 iyul 2022-ci il tarixinə Kapital Bank-ın hesbat dövründə xalis mənfəəti 27 milyon 299 min manat və ya 27,4%  artaraq 127 milyon 07,1 milyon manat təşkil edib. Bank hesabat dövründə ötən ilin nalaoji dövrü ilə müqaisədə 9 milyon 387 min manat daha artıq yəni  36 milyon 41min manat həcmində mənfəət vergisi ödəyib. 

“Kapital Bank”ın faiz gəlirləri 64 milyon 532 min manat və ya 28,5% artaraq 291 milyon 307 min manat tşkil edib.

2022-ci ilin ilk altı ayında Kapital Bank-ın kredit portfeli illik  müqaisədə  838 milyon 138 min manat artaraq 3 milyard 136 milyon 51 min manata yüksəlib.

2022-ci ilin  birinci rübündə  "Kapital Bank"da depozitlər 1 milyard 677 milyon 841 min manat artaraq 6 milyard 88 milyon 250 min manata çatıb.

Kapital Bank-ın cəmi aktivləri  1 iyul 2022-ci il tarixinə  2021-ci ilin müvafiq dövrü ilə müqaisədə 1 milyard 892 milyon 336 min manat təşkil edib. 

 30 iyun 2022-ci il tarixində 7 milyard 606 milyon 111 min manata Bankın hesabat dövründə öhdəlikləri 1 milyard 828,008 milyon manat artaraq 6 milyard 978,456 milyon manata çatıb. 

Bankın kapitalı 2021-ci ilin analoji dövrü ilə müqaisədə 64 milyon 328 min manat artaraq 627 milyon 655 min manat təşkil edib.30 İyun 2022-ci il tarixində "Kapital Bank" ASC 628 milyon 181 min manat məcmu kapitala malik olub. Kapital Bank-ın ümumi ehtiyatlar 10 milyon 342 min manat artaraq 44 milyon 164 min manat olub. 

Müəlli: Aynur Qəniyeva 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kapital Bank maliyyə hesabatını açıqlayıb — Fins.az — Fins.az