İtaliyadan Azərbaycana birbaşa investisiyalar artıb

İtaliyadan Azərbaycana birbaşa investisiyalar artıb

BANK
335

2025-ci ildə İtaliyanın Azərbaycana birbaşa investisiyaları 21,956 milyon ABŞ dolları təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 15,1 milyon dollar və ya 3,2 dəfə çoxdur.

Hesabat ili ərzində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində İtaliyadan gələn sərmayələrin payı 0,3% olub. Eyni zamanda, Azərbaycan 2025-ci il ərzində İtaliya iqtisadiyyatına 125,1 milyon dollar sərmayə yatırıb ki, bu da əvvəlki ilə nisbətən 52,7 milyon dollar və ya 1,7 dəfə çoxdur. Bu istiqamətdə Azərbaycandan İtaliyaya yönələn investisiyaların ümumi həcmdə xüsusi çəkisi 4,9% təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə İtaliyadan Azərbaycana birbaşa investisiyalar 6,8 milyon dollar, əks istiqamətdə isə 72,4 milyon dollar olub.

Ümumilikdə, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına yönələn birbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını keçib ki, bu da 2024-cü illə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azalma deməkdir. Hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyalar isə 2,528 milyard ABŞ dolları olub və bu göstərici 2024-cü illə müqayisədə 765,4 milyon dollar və ya 43,4% artım göstərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İtaliyadan Azərbaycana birbaşa investisiyalar artıb — Fins.az — Fins.az