
İsveçrə Azərbaycana yatırdığı investisiyaları artırıb
Fins.az – 2026-cı ilin birinci rübündə İsveçrənin Azərbaycan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 13,256 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi "2026-cı ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş və xarici ölkələrin iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyalar" hesabatında bildirilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,471 milyon ABŞ dolları və ya 22,9% artıb.
AMB-nin hesabatına əsasən, 2026-cı ilin birinci rübündə İsveçrənin Azərbaycanın ümumi birbaşa xarici investisiyalarındakı payı 0,8% təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi həcmi 1,720 milyard ABŞ dollarına çatıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201,2 milyon ABŞ dolları və ya 13,2% çoxdur.
Eyni zamanda, 2026-cı ilin birinci rübündə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatlarına yönəldilmiş birbaşa investisiyaların həcmi 1,110 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 794,7 milyon ABŞ dolları və ya 3,5 dəfə artıb.