İsveç faiz dərəcələrini artırır, daha çox artım siqnalı verib

İsveç faiz dərəcələrini artırır, daha çox artım siqnalı verib

BANK
279

İsveç Mərkəzi Bankı siyasət faizini 50 bənd artıraraq 0,75%-ə çatdırıb.

"Fins.az" xəbər verir ki,bank gələn ilin əvvəlində faiz dərəcəsinin 2%-ə yaxınlaşacağını bəyan edib.

İsveç Mərkəzi Bankı bu gün keçirdiyi iclasda uçot dərəcəsini 50 bənd artıraraq 0,75%-ə çatdırıb.Belə ki, bank ikinci ayda faiz artımını davam etdirib. Bloomberg-in sorğusuna qatılan 17 iqtisadçıdan 16-sı faiz dərəcələrində 50 baza bəndi artım gözləyirdi.

Siyasət dərəcəsinin daha da artacağı mesajını verən bank gələn ilin əvvəlində faiz dərəcəsinin 2 faizə yaxınlaşacağını açıqlayıb. Bankın Direktorlar Şurası ilin ikinci yarısında aprel ayında aktivlərinin gözlənildiyindən daha sürətlə azala biləcəyini bəyan edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsveç faiz dərəcələrini artırır, daha çox artım siqnalı verib — Fins.az — Fins.az