İstiqrazlara tələb emissiya həcminin 2 mislindədədir - Kapital Bank

İstiqrazlara tələb emissiya həcminin 2 mislindədədir - Kapital Bank

BANK
323

"Kapital Bank" artıq 35 milyon ABŞ dolları həcmində istiqraz buraxılışını uğurla tamamlayıb və yerləşdirmədə ümumi həcmin 82%-ə qədəri fiziki şəxslərin payına düşüb.

Fins.az xəbər verir ki, bunu “Kapital Bank”ın Xəzinədaarlıq departamentinin direktoru Fərid Əliyev sözügedən istiqrazların açılış zəngində deyib.

Onun sözlərinə görə, bu, fiziki şəxslərin maliyyə bazarına cəlb edilməsi istiqamətində uğurlu nəticədir:

“İstiqrazlara tələb emissiya həcminin 2 mislindədədir. İstiqrazları brokerlər tərəfindən əldə etmək olar. Qısa zamanda istiqrazlar “Kapital Bank”ın filiallarında da təklif ediləcək”.

F.Əliyev onu da qeyd edib ki, “Kapital Bank” 100 milyon həcmində bazara buraxılacaq manat istiqrazlarının 50 milyon manat həcminin yerləşdirilməsini həyata keçirib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İstiqrazlara tələb emissiya həcminin 2 mislindədədir - Kapital Bank — Fins.az — Fins.az