İsmayıllı-Qəbələ turu: Cəmi 25 manata əyləncə dolu bir gün!

İsmayıllı-Qəbələ turu: Cəmi 25 manata əyləncə dolu bir gün!

BANK
382

İyun ayında şəhərin səs-küyündən uzaqlaşıb təbiət qoynunda istirahət etmək istəyənlər üçün İsmayıllı-Qəbələ turuna start verildi. Turun qiyməti 25 manatdan başlayır və 1 günlük səfəri əhatə edir.

Finss.az xəbər verir ki, səfər zamanı iştirakçılar Aşıqbayramlı gölündə təbiət mənzərələrinin dadını çıxaracaq, Qəbələnd əyləncə mərkəzində adrenalin dolu anlar yaşayacaq, Nohurgölün sahilində dincələcək və Qəbələnin məşhur 7 Gözəl Şəlaləsini ziyarət edəcəklər.

Tur paketinə nəqliyyat, ekskursiyalar, bələdçi xidməti və yolboyu əyləncəli proqram daxildir. Standart paketdə səhər yeməyi də təqdim olunur. Tur iyunun 6-dan 30-na qədər hər gün təşkil olunur.

Səyahətə qoşulmaq istəyənlər səhər saat 06:30-da Gənclik metrosu qarşısında toplanır və axşam saatlarında Bakıya geri dönürlər. 5 yaşa qədər uşaqlar üçün iştirak ödənişsizdir.

Turu HARMONY TRAVELS təşkil edir. Əlavə məlumat üçün (055) 321 84 21 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsmayıllı-Qəbələ turu: Cəmi 25 manata əyləncə dolu bir gün! — Fins.az — Fins.az