İrlandiyadan Azərbaycana pul köçürmələri 7,8 dəfə artıb

İrlandiyadan Azərbaycana pul köçürmələri 7,8 dəfə artıb

BANK
298

Fins.az – 2026-cı ilin I rübündə İrlandiyadan Azərbaycana fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin həcmi 24,590 milyon ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,4 milyon ABŞ dolları və ya 7,8 dəfə artıb.

Məlumata əsasən, hesabat dövründə xaricdən Azərbaycana daxil olan ümumi pul köçürmələrinin 8,3%-i İrlandiyanın payına düşüb. Bununla da İrlandiya Azərbaycana ən çox pul köçürən ölkələrin ilk üçlüyündə qərarlaşıb.

Hesabat dövründə Azərbaycandan İrlandiyaya əks istiqamətdə fiziki şəxslər tərəfindən pul köçürməsi qeydə alınmayıb.

Ümumilikdə, 2026-cı ilin I rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdiyi pul köçürmələrinin həcmi 103,936 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 milyon ABŞ dolları və ya 7,8% azdır.

Eyni zamanda, 2026-cı ilin ilk rübündə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin ümumi həcmi 296,9 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 67,4 milyon ABŞ dolları və ya 29,4% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İrlandiyadan Azərbaycana pul köçürmələri 7,8 dəfə artıb — Fins.az — Fins.az