İranın Azərbaycana yatırdığı sərmayə artıb

İranın Azərbaycana yatırdığı sərmayə artıb

BANK
305

2025-ci ildə İrandan Azərbaycana birbaşa investisiyaların həcmi 375,315 milyon ABŞ dolları təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 3,828 milyon dollar və ya 1% artım deməkdir.

Məlumata görə, hesabat ilində İranın Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların ümumi birbaşa xarici investisiyalar içində payı 5,7% olub. 2024-cü ildə isə bu göstərici 371,487 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların ümumi həcmi 6,595 milyard ABŞ dollarını ötüb ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azalma deməkdir.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici ölkə iqtisadiyyatlarına yönəldilən birbaşa investisiyaların həcmi 2,528 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 765,4 milyon dollar və ya 43,4% çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İranın Azərbaycana yatırdığı sərmayə artıb — Fins.az — Fins.az