İran və Rusiya dolları qarşılıqlı ticarətdən çıxarmağı planlaşdırır

İran və Rusiya dolları qarşılıqlı ticarətdən çıxarmağı planlaşdırır

BANK
519

İran Mərkəzi Bankının sədri Əli Salihabadi Tehran və Moskva arasında bank, maliyyə və iqtisadiyyat sahələrində bəzi mühüm razılaşmaların əldə edildiyini və iki ölkənin qarşılıqlı ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə milli valyutalardan istifadə etməyi planlaşdırdığını bildirib.

"Fins.az xəbər verir ki  İranın yarı rəsmi Mehr Xəbər Agentliyinin məlumatına görə, Rusiyadan qayıdarkən paytaxt Tehranda mətbuata açıqlama verən Mərkəzi Bankın sədri Salihabadi, Rusiya rəsmiləri ilə keçirdiyi görüşlərdə iki ölkənin əlaqələrini yaxşılaşdırmaq üçün mühüm addımlar atdıqlarını bildirib. maliyyə və bank sahəsində əlaqələrin möhkəmlənməsinin vacibliyini vurğulayıb.

Danışıqlar zamanı dollar və avronun qarşılıqlı ticarətdə deaktivasiyası və milli valyutalara keçidlə bağlı atılacaq addımların da müzakirə edildiyini bildirən Salihi, “Milli valyutaların istifadəsi, danışıqlarda vacib məsləhətləşmələrdən biri idi. Rusiya səlahiyyətliləri ilə danışıqlar aparacaq və əldə edilmiş razılaşmaların həyata keçirilməsini tezliklə görəcəyik,"-deyə əlavə edib.

Müəllif:Aynur Qəniyeva 

 

Salihabadi Moskvaya səfəri zamanı Rusiya ilə ticarət əlaqələrini asanlaşdırmaq üçün əldə olunan razılaşmaların yaxın vaxtlarda həyata keçiriləcəyini və müsbət nəticələrin hər iki ölkədə hiss olunacağını bəyan edib.

 

İki günlük səfər çərçivəsində nümayəndə heyəti ilə Rusiyaya gedən Salihabadi Rusiya baş nazirinin müavini Aleksandr Novak ilə görüşüb. Görüş zamanı iki ölkənin Mərkəzi Bankları arasında bank əməkdaşlığının inkişafı ilə bağlı razılıq əldə olunub.

 

İran 2018-ci ildən ABŞ-ın birtərəfli sanksiyalarına məruz qalıb, Rusiya isə fevralda Ukraynaya qarşı müharibədən sonra beynəlxalq sanksiyaların hədəfi olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İran və Rusiya dolları qarşılıqlı ticarətdən çıxarmağı planlaşdırır — Fins.az — Fins.az