İran rialının məzənnəsi yeni minimuma enib

İran rialının məzənnəsi yeni minimuma enib

BANK
392

İranın milli valyutası olan rialın ABŞ dollarına qarşı məzənnəsi "qara bazar"da yeni antirekordu yeniləyib və hazırda 1 dollar 215 500 riala satılır.

"Reuters" verdiyi məlumata görə, COVID-19 pandemiyasının iqtisadiyyata mənfi təsiri ölkənin milli valyutasını da daim təzyiq altında saxlayır. Digər drayverlər kimi neftin qiymətinin aşağı olması və ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar göstərilir.

Qeyd edək ki, 2018-ci ilin may ayından bəri dollara tələbin artımı fonunda rial öz dəyərinin təxminən 70%-ni itirib. Rəsmi məzənnə 1 dollar üçün 42 000 rial təşkil edir və əsasən dövlət tərəfindən maliyyələşdirilən şirkətlərin ərzaq və dərman idxalı üçün istifadə olunur.

 

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İran rialının məzənnəsi yeni minimuma enib — Fins.az — Fins.az