
İpoteka və Kredit Zəmanət Fondunun 25 mln manat həcmində istiqrazları yerləşdirilib
1 oktyabr tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC – nin AZ2049008686 ISIN-li, 25 mln manat həcmində, 7200 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 000 000,00 manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 000 000,00 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 6 aprel 2040-cı ildir.