
İpoteka və Kredit Zəmanət Fondu agent bankları 52,1% daha çox ipoteka krediti verib
2020-ci ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən 180,5 milyon manat məbləğində ipoteka krediti verilib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb
Məlumata görə bu göstərici 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 52,1% çoxdur. eyni zamanda sentyabr ayı ərzində fondun agent bankları tərəfindən 22,7 milyon manat məbləğində ipoteka krediti verilib.
Qeyd olunur ki, 9 ay ərzində İKZF 80,5 milyon manat məbləğində kreditləri təkrar maliyyələşdirib ki, bu da 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 57,3% azalıb
Bildilir ki, 2020-ci ilin sentyabr ayında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb. Ümumilikdə, ilin əvvəlindən hökumət sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 143,3 milyon manat ayırıb.