İnternet Bank vasitəsilə hansı əməliyyatları həyata keçirmək olar?

İnternet Bank vasitəsilə hansı əməliyyatları həyata keçirmək olar?

BANK
215

Fins.az“Bank VTB (Azərbaycan)” ASC müştərilərinə İnternet Bank xidmətini təqdim edir.

Bankın məlumatına görə, internet bankçılığı xidməti fərdi və korporativ müştərilərə internet vasitəsilə dünyanın istənilən nöqtəsindən, günün 24 saatı hesablarını idarə etmək imkanı yaradır. Xidmətdən istifadə etmək üçün yalnız internetə çıxış kifayətdir.

Bildirilib ki, İnternet Bank vasitəsilə kart hesablarının balansını onlayn izləmək, kommunal xidmətlər, mobil operatorlar və digər xidmətlər üzrə ödənişlər həyata keçirmək, kredit ödənişlərini icra etmək, ödəniş kartını müvəqqəti bloklamaq, həmçinin hesablar arasında (Card to Card) pul köçürmələri aparmaq mümkündür.

Bankın məlumatına əsasən, istifadəçilər xidmət vasitəsilə cari hesablar, depozitlər, kreditlər və ödəniş kartları barədə məlumat əldə edə bilərlər.

Xidmət çərçivəsində öz hesabları və kartları arasında köçürmələrin həyata keçirilməsi, ödəniş şablonlarının yaradılması və saxlanılması, hesabdan karta bankdaxili köçürmələr, eləcə də ölkə daxilində digər bankların kartlarına pul vəsaitinin köçürülməsi də mümkündür.

Bundan əlavə, istifadəçilər əməliyyatlar üzrə məlumatlar, hesabdan çıxarışlar, əməliyyatların statusu, kreditlər üzrə ödəniş planı və ödəniş tarixçəsini də onlayn izləyə bilərlər.

“Bank VTB (Azərbaycan)” ASC qeyd edir ki, İnternet Bank xidmətinin əsas üstünlükləri sırasında bütün bank əməliyyatlarının 24/7 rejimində həyata keçirilməsi, vaxta qənaət, şəxsi hesabların rahat idarə olunması və onlara nəzarət, eləcə də xərclərin operativ izlənilməsi imkanları yer alır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İnternet Bank vasitəsilə hansı əməliyyatları həyata keçirmək olar? — Fins.az — Fins.az