
İnkassasiya xidmətləri bizneslərin risklərini azaldır
Fins.az – PAŞA Bank ASC müştərilərinə nağd pul vəsaitlərinin və digər qiymətlilərin təhlükəsiz daşınmasını təmin edən inkassasiya xidməti təqdim edir.
Bankın məlumatına görə, nağd pul vəsaitlərinin və digər qiymətlilərin daşınması zamanı yarana biləcək müxtəlif çətinliklərin və risklərin aradan qaldırılması məqsədilə inkassasiya xidməti peşəkar təhlükəsizlik standartlarına uyğun şəkildə həyata keçirilir.
PAŞA Bank bildirir ki, inkassasiya xidməti Bankın peşəkar mühafizə dəstəsi tərəfindən göstərilir. Mühafizə qrupu zirehli avtomobillər və xüsusi avadanlıqlarla təchiz olunur.
Xidmət çərçivəsində daşınan nağd pul vəsaitləri və digər qiymətlilər Bank tərəfindən öz hesabına sığortalanır. Bank həmçinin daşınan vəsaitlərin və qiymətlilərin təhlükəsizliyinə tam zəmanət verir və maddi məsuliyyət daşıyır.
İnkassasiya xidməti müəssisədən Banka, Bankdan müəssisəyə, eləcə də istənilən digər ünvanlar arasında nağd pul vəsaitlərinin və digər qiymətlilərin daşınmasını əhatə edir.
Müştərinin istəyi əsasında nağd pul vəsaitlərinin sayılması və cildlənməsi xidməti də həyata keçirilir.
PAŞA Bank qeyd edir ki, inkassasiya xidmətləri müştərilərlə razılaşma əsasında müvafiq tariflər üzrə təqdim edilir. Tariflər xidmətin birdəfəlik və ya aylıq göstərilməsindən, həmçinin coğrafi əhatə dairəsindən asılı olaraq müəyyən edilir.
Bankın məlumatına əsasən, nağd pul vəsaitlərinin və qiymətlilərin daşınması müştəri ilə əvvəlcədən razılaşdırılmış vaxtlarda tam məxfilik şəraitində həyata keçirilir.