
İngiltərənin faiz endirimi edəcəyi gözlənir
Qlobal investisiya bankı Goldman Sachs, koronavirus səbəbilə ölkə iqtisadiyyatının gələcək aylarda durğunluğun astanasına gələcəyini, bu səbəbdən İngiltərə Mərkəzi Bankının bu aykı yığıncağında 0,50 bənd faiz endirimi gözlədiyini açıqlayıb.
Goldman iqtisadçıları, "İngiltərə Mərkəzi Bankının bu zəifliyə cavab vermək üçün kafi siyasət sahəsi var", - bildiriblər.
Bu həftə ABŞ Mərkəzi Bankının (Fed) sürpriz şəkildə faizləri 0,50 bənd aşağı saldıqdan sonra digər mərkəzi bankların da bənzər addımlar atması gözlənilir.
© Marja