
İnflyasiya sürətlə azalır
Amerikada illik inflyasiya proqnozlaşdırılandan da sürətli azalır.Amerikada inflyasiya sürətlə azalır - 1.5%
Amerikanın statistika idarəsinin cümə günü açıqladığı rəsmi statistik məlumatlara əsasən, mart ayında istehlak qiymətlərinin illik müqayisədə 1.5% artıb. Neft və ərzaq məhsulları nəzərə alınmadan hesablanan illik inflyasiya isə 2.1% artıb.
Mütəxəssislər illik inflyasiyanın 2.3%-dən yalnız 1.6, illik baza göstəricisinin isə 2.4%-dən yalnız 2.3%-ə kimi düşəcəyini proqnozlaşdırırdılar.
Qeyd etmək lazımdır ki, 2%-ın altında illik inflyasiya iqtisadiyyatda mənfi tendensiya kimi qiymətləndirilir.