İnflyasiya 2029-cu ilə qədər 3,8%-ə enəcək – Rəsmi proqnoz

İnflyasiya 2029-cu ilə qədər 3,8%-ə enəcək – Rəsmi proqnoz

BANK
566

İqtisadiyyat Nazirliyi tərəfindən beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, tənzimlənən qiymətlərin artırılmaması fərziyyəsi və antiinflyasiya tədbirləri nəzərə alınaraq baza ssenaridə cari il üçün orta illik inflyasiya 5,1% səviyyəsində proqnozlaşdırılıb.

Finss.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, inflyasiya göstəricisinin 2029-cu ilə qədər tədricən azalaraq 3,8%-ə enəcəyi gözlənilir.

Məlumata əsasən, 2026-cı il üçün orta illik inflyasiya 4,3%, 2027-ci il üçün 4%, 2028-ci il üçün isə 3,9% səviyyəsində proqnozlaşdırılıb.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İnflyasiya 2029-cu ilə qədər 3,8%-ə enəcək – Rəsmi proqnoz — Fins.az — Fins.az