İKZF-nin müvəkkil bankları 11 ay ərzində ipoteka kreditləşməsinin həcmini 20% artırıb

İKZF-nin müvəkkil bankları 11 ay ərzində ipoteka kreditləşməsinin həcmini 20% artırıb

BANK
1,309

2022-ci ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları tərəfindən 390,56 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 20% çoxdur.

Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.

11 ay ərzində İKZF 350,43 milyon manat məbləğində krediti təkrar maliyyələşdirib.2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 7.5% azalıb.

Yanvar-noyabr aylarında İKZF ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 33.8% daha çox 95 milyon manat vəsait alıb. Fond noyabrda dövlət büdcəsindən vəsait almayıb.

Hesabat dövründə İKZF istiqrazların yerləşdirilməsindən 375 milyon manat  noyabrda 100 milyon manat cəlb edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İKZF-nin müvəkkil bankları 11 ay ərzində ipoteka kreditləşməsinin həcmini 20% artırıb — Fins.az — Fins.az