Hökumət Ödəniş Portalı (HÖP) vasitəsilə ödənişlərin həcmi 6,6% artıb

Hökumət Ödəniş Portalı (HÖP) vasitəsilə ödənişlərin həcmi 6,6% artıb

BANK
304

2025-ci ildə Həmrəylik Ödəniş Platforması (HÖP) vasitəsilə emal olunan ödənişlərin həcmi 2024-cü illə müqayisədə 6,6%, o cümlədən nağdsız ödənişlərin həcmi isə 9,3% artıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, hesabat dövründə HÖP vasitəsilə 8,6 milyard manat həcmində 114,4 milyon ədəd ödəniş icra olunub. Bu ödənişlərin say üzrə 79,2%-i (90,9 milyon ədəd), həcm üzrə isə 73,1%-i (6,3 milyard manat) nağdsız formada aparılıb.

Eyni zamanda, ölkədə emissiya olunan ödəniş kartlarından istifadə ilə xidmət mərkəzləri arasında aparılan əməliyyatların emalı üçün fəaliyyət göstərən Banklararası Kart Mərkəzi (BKM) də fəaliyyətini davam etdirib. 2025-ci il ərzində BKM üzərindən 872 milyon kart əməliyyatı aparılıb. Milli valyutada əməliyyatların həcmi 40,3 milyard manat, xarici valyutada isə 79,8 milyon ABŞ dolları və 23,6 milyon avro təşkil edib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hökumət Ödəniş Portalı (HÖP) vasitəsilə ödənişlərin həcmi 6,6% artıb — Fins.az — Fins.az