
Hərracda dollara tələb ARTIB
Bakı 15 dekabr Fins.az
15 dekabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Fins.az xəbər verir ki, Hərracda tələb 70 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Xatırladaq ki, 10 dekabr 2020-ci il tarixində keçirilmiş hərracda tələb 67 milyon ABŞ dolları təşkil etmişdi.
03 dekabr 2020-ci il tarixində hərracda tələb 63,1 milyon ABŞ dolları, 08 dekabr 2020-ci il tarixində isə 66 milyon ABŞ dolları təşkil etmişdi.