"Güzəştli mənzil" sistemi üzrə 53 mln. manatlıq ipoteka kreditləri verilib

"Güzəştli mənzil" sistemi üzrə 53 mln. manatlıq ipoteka kreditləri verilib

BANK
425

Hövsan yaşayış kompleksində yerləşən 2 962 mənzildən 2 569-u rəsmiləşdirilib.

Mənzil İnşaat Dövlət Agentliyinin verdiyi məlumata görə, ümumi mənzillərdən 1 391-i “Güzəştli mənzil” sistemi vasitəsilə, 1 178-i isə dövlət sifarişi əsasında satışa çıxarılıb.

“Güzəştli mənzil” sistemi üzərindən mənzillərin 1 271-i ipoteka krediti hesabına, 120-si isə vətəndaşların öz hesabına rəsmiləşdirilib. İpoteka krediti ilə “Güzəştli mənzil” sistemi üzərindən satışa çıxarılan 1 271 mənzil üzrə altı agent bank tərəfindən ümumilikdə 53,29 mln. manat dəyərində ipoteka krediti verilib.

 
 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Güzəştli mənzil" sistemi üzrə 53 mln. manatlıq ipoteka kreditləri verilib — Fins.az — Fins.az