Gürcüstandan Azərbaycana pul köçürmələri artıb

Gürcüstandan Azərbaycana pul köçürmələri artıb

BANK
394

2025-ci ildə Gürcüstandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 43,6 milyon ABŞ dolları təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilə nisbətən 8,2 milyon dollar və ya 23,4% artım deməkdir. Hesabat dövründə Gürcüstanın Azərbaycana yönələn ümumi pul köçürmələrində payı 3,7% olub.

Eyni dövrdə Azərbaycandan Gürcüstana fiziki şəxslərin pul köçürmələri isə 26,2 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü il ilə müqayisədə 18,7 milyon dollar və ya 1,7 dəfə azalma göstərir. Azərbaycanın xaricə göndərilən ümumi pul köçürmələrində Gürcüstanın payı 5,2% olub.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları olub və bu, 2024-cü ilə nisbətən 4,1% azalma deməkdir. Eyni zamanda, xarici ölkələrdən Azərbaycana pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 94,1 milyon dollar və ya 8,7% artım göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gürcüstandan Azərbaycana pul köçürmələri artıb — Fins.az — Fins.az