Gürcüstan Milli Bankı uçot dərəcəsini - 10%-ə Çatdırıb

Gürcüstan Milli Bankı uçot dərəcəsini - 10%-ə Çatdırıb

BANK
448

Gürcüstanın Milli Bankı uçot dərəcəsini daha 0,5 faiz bəndi artıraraq 10 %-ə çatdırıb.

Fins.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, son zamanlar yüksək inflyasiya qlobal problemə çevrilib və iyulda bir çox ölkələrdə qiymət artımı proqnozları üstələyib. Ötən ay Gürcüstanda da illik inflyasiya gözlənilmədən ən yüksək həddə - 11,9 %-ə yüksəlib.

"Gürcüstan Milli Bankı inflyasiyanın 2022-ci ildə azalacağını və tədricən orta müddətli 3 %-lik hədəf göstəricisinə yaxınlaşacağını proqnozlaşdırır. İqtisadiyyatda və maliyyə bazarlarındakı proseslər davamlı olaraq izlənilir və qiymət sabitliyini təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə ediləcək", - deyə qurum bəyan edib.

(c)Report

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gürcüstan Milli Bankı uçot dərəcəsini - 10%-ə Çatdırıb — Fins.az — Fins.az