Gürcüstan faiz qərarını açıqladı

Gürcüstan faiz qərarını açıqladı

BANK
695

Gürcüstan Milli Bankı uçot dərəcəsini 0,5 bənd azaldaraq 8,5% səviyyəsində müəyyən edib.

Bunu bankın prezidenti Koba Qvenetadze bildirib.

Onun sözlərinə görə, koronavirus pandemiyası və dünya bazarlarında neftin kəskin ucuzlaşması fonunda Gürcüstanda mart ayında illik infilyasiya 6,1% təşkil edib.

Bankın proqnozuna əsasən, müvəqqəti faktorların səbəb olduğu infilyasiya bir neçə ay ərzində yüksək olaraq qalacaq, daha sonra isə tədricən azalacaq.

Monetar Siyasət Komitəsinin növbəti iclası 2020-ci ilin iyunun 24-nə təyin olunub.

Report

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gürcüstan faiz qərarını açıqladı — Fins.az — Fins.az