"Günay Bank"ın əsas səhmdarları Bankdakı paylarını 99%-ə çatdırıb

"Günay Bank"ın əsas səhmdarları Bankdakı paylarını 99%-ə çatdırıb

BANK
393

"Günay Bank" ASC-nin səhmlərinin 2,67%-nə nəzarət edən Günay İldırımzadə və 2,31%-nə nəzarət edən Xanım Məmmədova paylarını satıblar.

Onların payını Bankın əsas səhmdarı, Müşahidə Şurasının sədri Mahmud Məmmədov və digər əsas səhmdar Yeganə Şirinova alıblar.

Beləliklə, M.Məmmədov payını 54,35%-dən 58,22%-ə, Y.Şirinova isə payını 40,05%-dən 41,15%-ə çatdırıb. Son nəticədə əsas səhmdarların payı 94,4%-dən 99,37%-ə yüksəlib. Səhmlərin qalan 0,63%-i isə əvvəlki qaydada İran əsilli Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

M.Məmmədov və Y.Şirinova həm də "Günay Sığorta" ASC-nin müvafiq olaraq 32,45%-lik və 67,55%-lik səhmdarlarıdır.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır.

©Report

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Günay Bank"ın əsas səhmdarları Bankdakı paylarını 99%-ə çatdırıb — Fins.az — Fins.az