Goldman Sachs rəhbəri: İqtisadiyyatda görünməmiş şoklar gözləyin

Goldman Sachs rəhbəri: İqtisadiyyatda görünməmiş şoklar gözləyin

BANK
927

JPMorgan-ın baş direktoru Jamie Dimon investorlara gözlənilən ciddi silkələnmə barədə xəbərdarlıq etdikdən sonra Goldman Sachs-dan yüksək profilli xəbərdarlıq siqnalları gəlib. 
 "Fins.az" xəbər verir ki, Goldman Sachs-ın İdarə Heyətinin sədri John Waldron iqtisadiyyatda görünməmiş şoklar olacağını proqnozlaşdırıb.

Goldman Sachs İdarə Heyətinin sədri John Waldron, cari iqtisadi qarışıqlığın karyerası boyunca gördüyü ən böyük problemlərdən biri olduğunu açıqlayıb

 Waldron, “Mən istənilən hava şəraiti ilə bir analogiya etmək istəmirəm, lakin inflyasiya, pul siyasətinin dəyişməsi və Rusiyanın Ukraynaya hücumu ilə bağlı risklər qlobal iqtisadiyyata silkələyici təsir edir

"Karyeramda indiyə qədər gördüyüm ən mürəkkəb və dinamik mühit. Amma sistemə zərbələrin sayının artması mənim üçün görünməmiş bir hadisədir", - deyə Waldron bildirib.

Qarşıda daha çətin iqtisadi dövrlərin olacağına şübhə etmədiyini ifadə edən Waldron, "Daha çətin bir kapital bazarı mühiti müşahidə edəcəyimizə şübhə yoxdur" deyə əlavə edib. 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...