“Gizli olaraq çox yüksək faizlər ilə əmanətlər axtarırlar”

“Gizli olaraq çox yüksək faizlər ilə əmanətlər axtarırlar”

BANK
749

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov lisenziyaları ləğv edilmiş AtaBank, Amrahbank və müvəqqəti inzibatçının təyin olunduğu AgBank və Amrahbank-ın gizli üsullar ilə yüksək faizlər qarşılığında əmanət cəlb etdiklərinə və bazarda faizin qalxmasına imkan yaratdıqlarına eyham edib.

Fins.az xəbər verir ki, Mərkəzi Bankın sədri deyib:

“Bu banklar əhalinin əmanətlərini qaytara bilmədiklərinə görə, bəzən açıq, bəzən də gizli olaraq çox yüksək faizlər ilə əmanətlər axtarırlar. Bazarda əmanətləri qaldırmaqla, pulun dəyərini, faiz dərəcələrini qaldırmaqla, bütövlükdə başqa banklar üçün də pis nümunə ola bilirlər”.

Bir də yoluxma effekti .Elman Rüstəmov əlavə edib ki, əmanətlərin qaytarılmaması reputasiya baxımından pisdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Gizli olaraq çox yüksək faizlər ilə əmanətlər axtarırlar” — Fins.az — Fins.az