
Fondun agent banklarının nə qədər ipoteka krediti verdiyi açıqlanıb-MƏBLƏĞ
2020-ci ilin yanvar-fevral aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 26,5 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 27,4% azdır.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Fevralda fondun agent bankları tərəfindən 20,4 milyon manat məbləğində ipoteka krediti verilib.
AMB-nin məlumatına görə, yanvar-fevral aylarında İKZF 4,6 milyon manat məbləğində kreditləri təkrar maliyyələşdirib (2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə azalma 89,5% - İF).
2020-ci ilin fevral ayında Fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb. Ümumilikdə, ilin əvvəlindən hökumət osial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 17,8 milyon manat ayırıb.
Bundan başqa, İKZF hesabat dövründə istiqrazların yerləşdirilməsindən vəsait cəlb etməyib.