"Fitch" Azərbaycanın cari əməliyyatlar hesabı üzrə proqnozunu dəyişib

"Fitch" Azərbaycanın cari əməliyyatlar hesabı üzrə proqnozunu dəyişib

BANK
466

"Fitch" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbəti üzrə proqnozunu 4%-dən 4,1%-dək artırıb.

Məlumata görə, ölkənin cari əməliyyatlar hesabı 2021-ci və 2022-ci illərdə yenidən profisitə qayıdacaq və müvafiq olaraq ÜDM-in 4,4%-ni və 6,1%-ni təşkil edəcək.

Qeyd edək ki, bu ilin I rübünün nəticələrinə görə, Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 1,0987 mlrd. manat təşkil edib. Bu, ÜDM-in 6%-ni təşkil edir. 2019-cu yekunlarına görə isə, bu göstərici ÜDM-in 9,1%-nə bərabər olub.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Fitch" Azərbaycanın cari əməliyyatlar hesabı üzrə proqnozunu dəyişib — Fins.az — Fins.az