"Fitch” Azərbaycanda inflyasiya səviyyəsini Açıqlayıb

"Fitch” Azərbaycanda inflyasiya səviyyəsini Açıqlayıb

BANK
776

Neftin qiymətinin kəskin ucuzlaşması və COVİD-19 koronavirusun yayılmasının qarşısının alınması üzrə tədbirlər 2020-ci ildə Azərbaycanda iqtisadi fəallığın zəifləməsinə gətirəcək, vəziyyət 2021-ci ildə düzələcək. Fins.az xəbər verir ki, “Fitch” beynəlxalq reytinq agentliyində belə hesab edirlər.

“COVİD-19 infeksiyasının yayılması və neftin qiymətinin kəskin ucuzlaşmasının qarşısının alınması üzrə tədbirlər iqtisadi fəallığın azalmasına gətirəcək. “Fitch”in proqnozlarına görə, 2020-ci ildə ÜDM-in azalması 4,8% təşkil edəcək, çünki gəlirlər, istehlak və qeyri-neft sahəsində fəallıq hərəkət məhdudiyyəti və davamlı məzuniyyətdən zərər görəcək. 2021-ci ildə neftin qiymətinin və birgə tələbat bərpa olunacağı halda ÜDM-in artımının 2,5% təşkil edəcəyini poroqnozlaşdırırıq”, - agentliyin məlumatında qeyd olunur.

Cari ilin yanvar ayında “Fitch” 2020-2021-ci illərdə ÜDM-in artımını illik 2,2% səviyəsində proqnozlaşdırıb.

Agentliyin qiymətləndirmələrinə görə, koronavirus pandemiyası və neftin aşağı qiymətindən mənfi təsir hökumətin 2,5 milyard manat dəyərində ($1,5 milyard) qiymətləndirilən biznes və əhalinin dəstəklənməsi üzrə tədbirlərlə yumşalacaq.

Eyni zamanda, agentlik hesab edir ki, neftin qiymətinin davamlı aşağı olması zamanı hasilat və neft-qaz sektoruna investisiyalar yəqin ki, azalacaq.

“Fitch” cari il Azərbaycanda inflyasiyanı 1,5% (yanvar proqnozu – 3,3%), 2021-ci ildə - 3,5% (yanvar proqnozu – 3,4%) səviyyəsində proqnozlaşdırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Fitch” Azərbaycanda inflyasiya səviyyəsini Açıqlayıb — Fins.az — Fins.az