Finlandiyadan Azərbaycana birbaşa investisiyaların həcmi artıb

Finlandiyadan Azərbaycana birbaşa investisiyaların həcmi artıb

BANK
291

2025-ci ildə Finlandiyadan Azərbaycana birbaşa investisiyaların həcmi 30,364 milyon ABŞ dolları təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 27,7 milyon dollar və ya 11,6 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana daxil olan birbaşa xarici investisiyaların ümumi həcmində Finlandiyadan gələn pay 0,5% olub.

Azərbaycan isə eyni dövrdə Finlandiya iqtisadiyyatına 11,482 milyon dollar sərmayə yatırıb ki, bu da əvvəlki ilə nisbətən 7,6 milyon dollar və ya 3 dəfə çoxdur. Ümumilikdə, birbaşa xarici investisiyaların həcmi üzrə Azərbaycandan Finlandiyaya yönələn pay 0,5% təşkil edib.

2024-cü ildə Finlandiyadan Azərbaycana investisiyalar 2,620 milyon dollar, əks istiqamətdə isə 3,860 milyon dollar olub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına daxil olan birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarını ötüb ki, bu, 2024-cü ilə nisbətən 450,9 milyon dollar və ya 6,4% azalma deməkdir.

Eyni zamanda, Azərbaycandan xarici iqtisadiyyata yönəlmiş birbaşa investisiyaların həcmi 2,528 milyard ABŞ dolları olub. Bu göstərici 2024-cü illə müqayisədə 765,4 milyon dollar və ya 43,4% artımı göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Finlandiyadan Azərbaycana birbaşa investisiyaların həcmi artıb — Fins.az — Fins.az