Filiala getmədən bank əməliyyatlarını necə həyata keçirmək olar?

Filiala getmədən bank əməliyyatlarını necə həyata keçirmək olar?

BANK
191

Fins.az - Azərbaycan Beynəlxalq Bankının (ABB) Əlaqə və Məlumat Mərkəzi müştərilərə sutkanın 24 saatı, həftənin 7 günü fasiləsiz xidmət göstərir.

Bankın yaydığı məlumata görə, müştərilər Məlumat Mərkəzinə müraciət etməklə bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı filiala getmədən əldə edə bilirlər. Mərkəzlə 937 qısa nömrəsi və ya (+994 12) 493 00 91 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür. Həmçinin müştərilər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Məlumatda qeyd olunub ki, mobil operatorlardan və Bakıdan kənar şəhərlərin stasionar telefonlarından edilən zənglər ödənişlidir. Bakı şəhəri üzrə stasionar telefonlardan edilən zənglər isə ödənişsiz həyata keçirilir.

Müştərilərin eyniləşdirilməsi necə aparılır?

ABB bildirib ki, xidmət zamanı müştərilərin eyniləşdirilməsi məqsədilə şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN kodu, müştəri kodu (CİF) və məxfi sözlə bağlı məlumatlar tələb olunur. Bu səbəbdən müştərilərə Məlumat Mərkəzi ilə əlaqə saxlayarkən şəxsiyyət vəsiqəsini, ABB-yə məxsus ödəniş kartını və ya hesab nömrəsi barədə məlumatları yaxınlıqda saxlamaq tövsiyə edilir.

Əlaqə Mərkəzi hansı xidmətləri təqdim edir?

Mərkəz vasitəsilə müştərilər balans və hesab qalığı barədə məlumat ala, kart üzrə həyata keçirilmiş əməliyyatları, bloklanmış məbləğləri və uğursuz ödənişlərlə bağlı məlumatları öyrənə bilirlər.

Bundan başqa, kredit limitli kartlar üzrə əməliyyatlar, nağd kreditlərlə bağlı məlumatların təqdim olunması, kredit hesabındakı vəsaitin ümumi borcdan silinməsi, uğursuz PİN cəhdlərinin sıfırlanması və kart statusunun yoxlanılması xidmətləri də göstərilir.

ABB Əlaqə və Məlumat Mərkəzi kartların bloklanması və yenidən aktivləşdirilməsi, ATM, Cash-In və Azericard terminallarından istifadə zamanı yaranan problemlərlə bağlı sorğuların qəbulu, SMS xəbərdarlıq xidmətinin aktiv və ya deaktiv edilməsi, daşınmış nömrələrin tənzimlənməsi kimi xidmətləri də həyata keçirir.

Müştərilər həmçinin 3D Secure xidmətinin aktivləşdirilməsi, aktiv nömrənin yoxlanılması və dəyişdirilməsi, Mobilbank və İnternet Bankçılıq sistemlərinin blokdan çıxarılması, POS terminalları vasitəsilə aparılmış əməliyyatların yoxlanılması, eləcə də kart üzrə müxtəlif limitlərin aktiv və ya deaktiv edilməsi üçün Məlumat Mərkəzinə müraciət edə bilərlər.

Bankın məlumatına görə, ABB Əlaqə və Məlumat Mərkəzi müştərilərə bank xidmətləri ilə bağlı geniş məlumat və əməliyyat dəstəyi təqdim edən 24/7 fəaliyyət göstərən xidmət platformasıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Filiala getmədən bank əməliyyatlarını necə həyata keçirmək olar? — Fins.az — Fins.az