Fərid Osmanov: Ani Ödənişlər Sisteminə daha 2 bank - “AzərTürkBank”  və “TuranBank”  inteqrasiya edilib

Fərid Osmanov: Ani Ödənişlər Sisteminə daha 2 bank - “AzərTürkBank”  və “TuranBank”  inteqrasiya edilib

BANK
1,024

 Ani Ödənişlər Sisteminə (AÖS) daha 2 bank - “AzərTürkBank” ASC və “TuranBank” ASC inteqrasiya edilib.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın direktoru Fərid Osmanov mətbuat konfransında deyib.

O bildirib ki, Mərkəzi Bankı tərəfindən  Ani Ödənişlər sistemi oktyabrın 1-dən real rejimdə istismara verilib. Hazırda 15 bank  Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Xəzinədarlığı vasitəsi ilə AÖS platformasına inteqrasiya olunub. Sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.

Müəllif: Aynur Qəniyeva

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fərid Osmanov: Ani Ödənişlər Sisteminə daha 2 bank - “AzərTürkBank”  və “TuranBank”  inteqrasiya edilib — Fins.az — Fins.az