FED-in sıfıra yaxın faizləri 2023-ə qədər davam edə bilər

FED-in sıfıra yaxın faizləri 2023-ə qədər davam edə bilər

BANK
1,205

Bloomberg-in sorğusuna qatılan iqtisadçılara görə, ABŞ Mərkəzi Bankı (Fed) faizləri üç il ya da daha uzun müddət sıfıra yaxın saxlaya bilər. Həmçinin ABŞ iqtisadiyyatını böhrandan xilas etmək səyləri ilə bankın balansı 10 trilyon dolları aşa bilər.

Fins.az xəbər verir ki, 20 - 23 Aprel arasında keçirilmiş sorğunun 31 iştirakçısının yarısından bir az çoxuna görə hazırda 0 - 0.25% olan federal maliyyələşmə faizi heç olmasa 2023-cü ilə qədər dəyişməyəcək. İştirakçıların 22% isə Fed-in 2022-dən əvvəl hərəkət etməyəcəyini düşünür. 

Fed-in balansı 22 Apreldə 6.57 trilyon dollara çatıb. Keçən ay az qala dayanma nöqtəsinə gələn kredit bazarlarını rahatlaşdırmaq üçün 11 Martdan bəri həyata keçirilmiş 1.64 trilyon dollarlıq ABŞ Xəzinə istiqrazları və digər qiymətli kağızlar alışı balansın artmasına səbəb olub. 

Eyni zamanda, Fed bəzi borclanma imkanlarına yaxında start verəcək. Həm birbaşa, həm də dolayı yollardan şirkətlərə, ştatlara və şəhərlərə trilyonlarla dollarlıq kredit ayrılması imkanı var.

İqtisadçılar Fed-dən faiz dəyişikliyi gözləmirlər

28 - 29 Apreldə Fed-in pul siyasəti yığıncağı keçiriləcək. Sorğu iştirakçılarına görə, Fed-in Federal Açıq Bazar Komitəsi (FOMC) faizlərdə dəyişiklik etməyəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
FED-in sıfıra yaxın faizləri 2023-ə qədər davam edə bilər — Fins.az — Fins.az