FED-in balans hesabı rekord səviyyəyə yüksəlib

FED-in balans hesabı rekord səviyyəyə yüksəlib

BANK
561

ABŞ Federal Ehtiyyat Sisteminin (FED) balans hesabı koronavirusun (COVİD-19) iqtisadi təsirlərini azaltmaq və maliyyə bazarlarında təkrar sabitlik yaratmaq üçün xəzinə istiqrazları və ipoteka ilə təmin edilmiş qiymətli kağızların alımları ilə 5,81 trilyon ABŞ dollara yüksəlib.

Bununlada FED-in balans hesabı rekord səviyyəyə qalxıb.

Məlumata görə, FED-in cəmi aktivləri ötən həftə 557 milyard ABŞ dolları məbləğində artıb. Bundan başqa FED-in bütün dünyada dollara olan tələbi ödəmək üçün xarici mərkəzi banklarla birlikdə qurduğu likvidlik swap əməliyyatları 142,5 milyard ABŞ dolları artaraq 348,5 milyard ABŞ dollarına çatıb.

(c)Report

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
FED-in balans hesabı rekord səviyyəyə yüksəlib — Fins.az — Fins.az