FED faiz qərarını açıqladı

FED faiz qərarını açıqladı

BANK
386

Bakı 17 dekabr   Fins.az

ABŞ Mərkəzi Bankında (Fed) 2020-ci ilin sonuncu yığıncağı başa çatıb.

Fins.az xəbər verir ki, Fed, proqnozlara paralel olaraq federal maliyyələşdirmə faizində dəyişiklik etməyib və 0% - 0.25% aralığında saxlayıb.

Bankın yaydığı açıqlamada, hədəflərdə əhəmiyyətli irəliləyiş qeyd edilənə qədər istiqraz alışlarına davam ediləcəyi qeyd edilib.

Fed, 15-16 Sentyabr tarixli yığıncağında ABŞ iqtisadiyyatının pandemiyadan qaynaqlanan problemlərə qarşı yığışmasına kömək olmaq üçün faizləri heç olmasa 2023-cü ilə qədər dəyişməz saxlayacağının siqnalını vermiş, 4-5 Noyabr tarixli yığıncağında da eyni siyasəti davam etdirmiş və faiz dəyişdirməmişdi.

Fed ümumi maliyyə şərtlərinin iqtisadiyyat üçün dəstəkləyici olmağa davam edəcəyini vurğulayıb. Dollar swap xətti 2021-ci ilin Sentyabr ayına qədər uzadılıb. Fed, aylıq olaraq 120 milyard dollarlıq qiymətli kağız alışını davam etdirəcək. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
FED faiz qərarını açıqladı — Fins.az — Fins.az