FED bu gün vacib faiz qərarını AÇIQLAYACAQ

FED bu gün vacib faiz qərarını AÇIQLAYACAQ

BANK
391

ABŞ seçkilərində səs sayımları davam etdiyi üçün Federal Ehtiyat Sistemində ciddi bir siyasət dəyişikliyi edilməsi gözlənilmir.

Fins.az xəbər verir ki,  Fed rəsmilərinin aktiv satın alma proqramını tənzimləmək üçün açıq bir qapı buraxa biləcəyi düşünülür.

Prezident Jerome Powell və həmkarları iqtisadi canlanmanı dəstəkləmək üçün daha çox şey etmək istəyirlər. Bu səbəbdən ilk baxılacaq  istiqraz alışı proqramları olmalıdır, çünki əvvəllər faiz dərəcələrini 2023-cü ilə qədər sıfıra yaxın saxlayacaqlarını bildirirdilər.

FED balansı hələ də təcili stimul tədbirlərinin əsas maddəsi olaraq qalır. Son iclasdan sonra siyasətçilər, varlıq alım proqramını 80 milyard dollarlıq ABŞ Xəzinə istiqrazları və 40 milyon ipoteka ilə təmin edilmiş qiymətli kağızlarla davam etdirəcəklərini bildiriblər

Müəllif: Aynur Qəniyeva

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
FED bu gün vacib faiz qərarını AÇIQLAYACAQ — Fins.az — Fins.az