Eximbank-a yeni sindikatlaşdırılmış kredit

Eximbank-a yeni sindikatlaşdırılmış kredit

BANK
561

Bakı, 13 noyabr Fins.az

Ticarət naziri Ruhsar Pekcan, Eximbank-ın beynəlxalq bazardan 1 illik müddətdə 561 milyon ABŞ dolları yeni sindikatlaşdırılmış kredit təmin etdiyini açıqlayıb.

Fins.az xəbər verir ki,nazir Pekcan, dünən Türk Eximbank, Mizuho Bank, Ltd. Koordinatorluğu altında banklar konsorsiumundan 561 milyon ABŞ dolları, 397,9 milyon avro və 99,8 milyon ABŞ dolları ilə yeni 1 illik maliyyələşdirmə təmin etdiyini qeyd edib.

Pekcan, Eximbank tərəfindən verilən 561 milyon ABŞ dolları məbləğində kredinin ümumi dəyərinin ən yüksək məbləğdə iştirak edən banklar üçün 6 aylıq Euribor + Avro tranşında 2,50%, ABŞ dollarında isə 6 aylıq Libor +2,75 % olduğunu bildirib.. Türkiyənin də daxil olduğu geniş bir coğrafi bölgədən cəmi 23 bankın iştirakını təmin etdiyini qeyd edib. 

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Eximbank-a yeni sindikatlaşdırılmış kredit — Fins.az — Fins.az